SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Xilasedicilərin dənizdə insanları çəkib aparması iddiasına PSİXOLOQ REAKSİYASI

Xilasedicilərin dənizdə insanları çəkib aparması iddiasına PSİXOLOQ REAKSİYASI

  • 13 avqust 2025, 09:02

Son günlərdə sosial şəbəkələrdə xilasedicilərin insanları dənizdən çəkib apardığı, sonra isə yaxınlarına ödənişlə tapması kimi şayiələr dolaşır. Bu iddia ilə bağlı rəsmi açıqlama verilməyib. Bəs bu hal psixoloji olaraq insanlara necə təsir edir?

Psixoloq Babək Əlizadə Yurd.Media-ya açıqlamasında bildirib ki, xilasedicilərin dənizdə insanları çəkib aparıb sonra ödənişlə tapması barədə dəqiq fakt yoxdur:

"Yayılan şayiələr insanlar arasında narahatçılıq yaradır və onların istirahətlərin pozur”.

O, problemin həllində psixolojidən daha çox təhlükəsizlik istiqamətində maarifləndirici söhbətlər aparılmasının vacibliyini vurğulayıb:

”Mübarizə aparmaq üçün təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Çimərliklərdə müəyyən təhlükə edilmiş zolağı keçmək olmaz. Son zamanlar dənizdə faciəvi şəkildə boğulan insanların əksəriyyəti təhlükəsizlik qaydalarına əməl etməyiblər. Problemin psixoloji həlli üçün baş verəcək təhlükəni anlamaq və qaydalarına əməl etmək lazımdır”.

Prime Leasing