SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Universitet binası üçün 1 milyon manatdan çox icarə haqqı odənilib

Universitet binası üçün 1 milyon manatdan çox icarə haqqı odənilib

  • 23 fevral 2026, 18:06

Fəaliyyətini dayandırmış Təfəkkür Universitetinin binasına görə 1 milyon manatdan çox icarə haqqı ödənilib.

Yurd.Media xəbər verir ki, Bakı İnzibati Məhkəməsinin köçürüldüyü yeni binanın icarə haqqı müəyyənləşib.

Binanın icarəsi ilə bağlı İbrahimli Namiq Qubad oğlu ilə baglanan yeni müqavilədə Bakı İnzibati Məhkəməsi üçün paytaxtın Nərimanov rayonu, Təbriz küçəsi 29 ünvanında yerləşən, ümumi sahəsi 3100,6 m² olan qeyri-yaşayış binasının icarəsi xidməti nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 600.000 manat müəyyənləşib.

Məlumat üçün bildirək ki, ötən il də həmin binanın icarəsi ilə bağlı eyni maliyyə dəyərində müqavilə bağlanılmışdı.

Qeyd edək ki, Bakı İnzibati Məhkəməsinə icarəyə verilən binada 1995-2016-cı illərdə keçmiş Təfəkkür Universiteti fəaliyyət göstərib. Bir müddət öncə keçmiş həmin bina icarə müqaviləsi əsasında daimi istifadə üçün Bakı İnzibati Məhkəməsinə verilib. Binada təmir işləri aparılıb, inventar və avadanlıqlarla təchizolunma prosesi həyata keçirilib.//İqtisadiyyat.az

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları