SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Türk dünyası gəncləri Qubada beynəlxalq qış məktəbində - FOTO

Türk dünyası gəncləri Qubada beynəlxalq qış məktəbində - FOTO

Quba

Qubada “Açıq zəka, parlaq gələcək” adlı II beynəlxalq qış məktəbi keçirilib.

Quba şəhərində yerləşən Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Türk dünyası gəncləri üçün “Açıq zəka, parlaq gələcək” adlı II beynəlxalq qış məktəbi keçirilib.

Yurd.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan İdman Akademiyasının təşkilatçılığı ilə keçirilən qış məktəbinin açılış mərasimində dövlət və qurum nümayəndələri çıxış edərək proqramın gənclərin bilik və bacarıqlarının inkişafı, onların beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Qış məktəbi çərçivəsində süni intellekt, texnologiyanın kadr hazırlığına təsiri, müasir idmanda innovasiyalar və idmanda kommunikasiya mövzularında təlimlər və sessiyalar təşkil olunub.

Eyni zamanda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə Azərbaycan Şəhərsalma Kompaniyası çərçivəsində şəhərsalma və texnoloji innovasiyalar mövzusunda kontekstual baxış sessiyası keçirilib.

Proqram müddətində iştirakçılar üçün Qubanın tarixi və mədəni məkanlarına gəzinti təşkil olunub.

Yekunda iştirakçıların təqdimatları qiymətləndirilib, onlara sertifikatlar təqdim edilib və II beynəlxalq qış məktəbi təntənəli bağlanış mərasimi ilə başa çatıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları