Tariyel Şəkiyev “Bakı İnşaat Sənaye” şirkətində yeni vəzifəyə təyin olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, şirkətdə İdarə Heyətinin sədrinin köməkçisi kimi fəaliyyətə başlayıb.
Tariyel Şəkiyev bu təyinatadək 2021-ci ilin sentyabrından 2026-cı ilin fevralınadək “Azəraqrar DİEB” MMC-də rəhbər köməkçisi vəzifəsində çalışıb. 2024-cü ilin oktyabrından 2026-cı ilin fevralınadək həmin şirkətdə direktorun köməkçisi funksiyalarını yerinə yetirən baş mütəxəssis olub. Eyni zamanda, 2021-ci ilin oktyabrından 2024-cü ilin oktyabrınadək daxili audit üzrə baş mütəxəssis vəzifəsini tutub.
Tariyel Şəkiyev bundan əvvəl bank sektorunda çalışıb. 2017-ci ilin yanvarından 2020-ci ilin avqustunadək “Amrahbank” ASC-də kredit mütəxəssisi, 2013-cü ilin martından 2016-cı ilin sentyabrınadək isə “NIKOIL Bank”da kiçik kredit mütəxəssisi vəzifəsində işləyib.
Tariyel Şəkiyev