SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Sirius Ru MMC-nin daha bir qanunsuz pul köçürməsi üzə çıxdı

"Sirius Ru" MMC-nin daha bir qanunsuz pul köçürməsi üzə çıxdı

  • 29 noyabr 2026, 10:22

“Sirius Ru” MMC yenidən cərimələndi – Bu dəfə 12,6 min dollar ödəyəcək

“Sirius Ru” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yenidən cərimə edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Sirius Ru” MMC tərəfindən 63478 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb. 

Ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib, həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Nəticədə Azərbaycan Mərkəzi Bankı tərəfindən “Sirius Ru” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Nizami Rayon Məhkəməsinin qərarı ilə “Sirius Ru” MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 12695 ABŞ dolları məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilib. 

Qeyd edək ki, “Sirius Ru” MMC cəmi 2 il əvvəl yaradılsa da artıq fəaliyyətini dayandırıb. Gündüz Təsəlliyevin rəhbərlik etdiyi şirkətin dövlətə 47,4 min manat vergi borcu var. Şirkət oxşar əmələ görə ötən ay da cərimələnmişdi.

Skat.az - Ev və Avtomobil elanları