Sumqayıtda qəzalı vəziyyətdə olan yataqxana binasında çökmə başlayıb.
Yurd.Media xəbər verir ki, binadan artıq sürüşmə səsləri gəlir.
Sakinlər "AZTV"-yə bildiriblər ki, illərdir eyni vəziyyətdə yaşayırlar:
"1986-cı ildən 16 nömrəli yataqxanada yaşayıram. Küncdə yaşayan ev sakinləri deyirlər ki, binadan sürüşmə səsləri gəlir. Sakinlər qorxu keçirir".
Sakinlər binanın sökülməsini və əvəzində yeni mənzillərin verilməsini gözləyirlər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, istismar müddətini başa vurmuş yaşayış binaları, eləcə də yataqxanalar sökülüb, yeni yaşayış kompleksləri ilə əvəz ediləcək, yaxın zamanda sakinlərin köçürülməsinə başlanılacaq.