“Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyət Nizami rayonundan olan bir neçə müştərisinə qarşı məhkəmədə iddia qaldırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC müştərilərindən birinə qarşı 736 manat, digərinə 744 manat, o birinə isə 770 manat borcun ödənilməsini istəyib.
Bundan əlavə növbəti iddia ərizəsində isə cavabdeh kimi göstərdiyi şəxsə qaşı 638 manat borc tələbini qaytarması tələb olunub.
MMC-nin başqa bir müştərisinə qarşı isə 1575 manatlıq iddia qaldırıb.
Məlum olub ki, müştərilər “Soliton LTD”-dən telefon və digər məişət əşyaları götürüblər. İddiaçı cavabdehlərin alqı-satqı müqaviləsinə tam əməl etmədikləri göstərib və onların yaranmış borc pulu ödəmələri üçün məhkəməyə müraciət olunub.
“Soliton LTD” MMC-nin qaldırdığı bu iddia ərizələrinə Nizami Rayon Məhkəməsində baxılıb. Ayrı-ayrılıqda baxılan iddia ərizələri tam təmin olunub. Cavabdehlərin üzərinə borcların ödənilməsi üçün öhdəlik qoyulub.
Qeyd edək ki, bundan əvvəl də şirkətin müştərisinə qarşı iddia qaldırması barədə xəbər vermişdik.