SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ramin Məmmədov: Dövlət-din siyasəti üzrə institutların rəqəmsal transformasiyası əsas hədəflərdəndir

Ramin Məmmədov: Dövlət-din siyasəti üzrə institutların rəqəmsal transformasiyası əsas hədəflərdəndir

  • 16 iyul 2026, 18:22

Dövlətimizin həyata keçirdiyi rəqəmsallaşma siyasəti çərçivəsində Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən qurumların, ümumilikdə isə dövlət-din siyasəti sahəsində fəaliyyət göstərən institutların rəqəmsal transformasiyasını təmin etmək qarşıya qoyulan əsas hədəflərdəndir.

Yurd.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət” adlı konfransa bildirib.

Onun sözlərinə görə, bu gün Komitənin həyata keçirdiyi layihələrin bir neçə əsas məqsədi var. Onlardan biri milli-mənəvi dəyərlərimizin qorunmasıdır. Digər məqsəd dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsidir.

"İlk baxışdan elə görünə bilər ki, bu üç layihə bir-birindən tamamilə fərqli istiqamətləri əhatə edən təşəbbüslərdir. Lakin əslində onların hər biri həm ayrılıqda, həm də birlikdə vahid strateji baxışın tərkib hissəsidir. Bu layihələr, tədbirlər və təşəbbüslər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən dövlət-din siyasətinin müasir, innovativ və gələcəyə hesablanmış təqdimatıdır", - o bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda mövcud olan məscidlər tarixən yalnız ibadət məkanları olmayıb. Onlar eyni zamanda elm və maarif mərkəzləri kimi fəaliyyət göstərib. İnsanlarımız burada maariflənib, ziyalı kimi formalaşıblar:

"Müxtəlif tarixi və siyasi proseslər nəticəsində zamanla məscidlərimizin maarifçilik və elm ənənəsi müəyyən qədər zəifləyib. Həyata keçirdiyimiz layihə də məhz bu maarifçilik ənənəsini müasir tələblərə uyğun şəkildə yenidən canlandırmaq və həmin zəngin irsi cəmiyyətə təqdim etmək məqsədi daşıyır".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları