Bu gün Ölkə.az xəbər portalının fəaliyyətə başlamasından 12 il ötür.
Yurd.Media xəbər verir ki, 2014-cü ildə qurulan bu platforma sürətlə genişlənərək Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib. Gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını uğurla yerinə yetirir.
12 il ərzində Ölkə.az xəbər portalı jurnalistikada peşəkarlıq və obyektivlik prinsiplərini rəhbər tutaraq, oxucularının etimadını qazanıb. Bu müddət ərzində saytı oxuyanların dəstəyi və sədaqəti Ölkə.az-ın böyüməsinə və inkişafına böyük təkan verib.
Yurd.Media saytının bütün kollektivi adından "Ölkə.az"da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!