SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ödənişi edəndən sonra mənzilin mövcud olmadığını öyrəndi - VİDEO

Ödənişi edəndən sonra mənzilin mövcud olmadığını öyrəndi - VİDEO

  • 15 iyul 2026, 09:06
Bakı

Bakıda mənzil almaq arzusu ilə 80 min manat ödəyən bir vətəndaş illərdir nə mənzilinə sahib ola bilir, nə də ödədiyi vəsaiti geri qaytara bilir.

Yurd.Media xəbər verir ki, Bakı sakini Mehriban Həsənova 4 il əvvəl akademik Həsən Əliyev prospektində almaq üçün 80 min manat ödədiyi mənzilin sonradan ümumiyyətlə mövcud olmadığını öyrənib.

Mehriban Həsənova mənzil üçün ödəniş edib və müqavilə imzalayıb. Ancaq sonradan aldığı mənzillə bağlı ciddi uyğunsuzluqlar ortaya çıxıb. İddiasına görə, ona binanın 11-ci mərtəbəsindən mənzil satılıb. Halbuki, layihəyə əsasən, bina cəmi 10 mərtəbədən ibarət olub. İndi isə Mehriban Həsənova nə pulunu ala, nə də olmayan mənzilinə köçə bilir. Zərərçəkən "Xəzər Xəbər"ə bildirib ki, məsələni araşdırarkən məlum olub ki, binanın tikintisini hələ 2020-ci ildə aidiyyəti qurumlar dayandırıb və növbəti mərtəbələrin inşasına icazə verilməyib. Buna baxmayaraq, MTK rəhbərliyi ona inşa olunmamış mərtəbədən mənzil satıb. Məsələnin üzərindən dörd il keçsə də, Mehriban Həsənova nə mənzilini ala, nə də ödədiyi vəsaiti geri qaytara bilir. Məsələ ilə bağlı adıçəkilən - "MM Park" MMC ilə əlaqə saxladıq. Şirkətdən tərəflər arasında məhkəmə prosesi yekunlaşana qədər heç bir açıqlama verməyəcəklərini bildirdilər.//Xəzər TV

Ödənişi edəndən sonra mənzilin mövcud olmadığını öyrəndi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları