SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Samuxda qidadan kütləvi zəhərlənmə olub

Samuxda qidadan kütləvi zəhərlənmə olub

  • 15 iyul 2026, 18:04

Samuxda qidadan kütləvi zəhərlənmə olub.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. 

Zəhərlənənlər Gəncə Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənmə sakinlərdən biri tərəfindən bişirilmiş halvadan olub. Belə ki, hazırladığı halvanı qonşulara paylayan şəxsin ailə üzvləri də daxil olmaqla, 10-dan çox adam özünü pis hiss etdiyindən xəstəxanaya müraciət edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları