SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
İcra Hakimiyyəti 1,5 milyon manata duz alır

İcra Hakimiyyəti 1,5 milyon manata duz alır

  • 19 oktyabr 2026, 20:01
Bakı

Paytaxtda texniki duzun alqı-satqısına 1,5 milyon manat xərclənəcək.Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qışa hazırlıqla əlaqədar yeni alqı-satqı işlərinə başlayıb.

İlkin mərhələdə qışa hazırlıq yolların qardan və buzdan təmizlənməsi məqsədi daşıyır.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar texniki məqsədlər üçün istifadə edilən emal edilməmiş 5000 ton xam duz sifariş vermək niyyətindədir. İdarə bununla bağlı satınalma müsabiqəsi elan edib.

Texniki duz yolların qar və buzdan təmizlənməsi məqsədilə istifadə olunacaq. Texniki duzun alqı-satqısına 1 milyon 545 min manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Xatırladaq ki, BŞİH 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıqla əlaqədar emal edilməmiş 5000 ton xam duzun alqı-satqısına görə “Fidan-TN” şirkəti ilə 350 min manat dəyərində müqavilə bağlayıb.

Skat.az - Ev və Avtomobil elanları