İkinci əl avtomobil bazarında alıcıların ən böyük narahatlıqlarından biri nəqliyyat vasitəsinin real tarixçəsini öyrənə bilməməsidir və bu problemin həlli üçün avtomobillərin rəqəmsal pasportlaşdırılması təklif edilir.
Yurd.Media xəbər verir ki, bəzi hallarda avtomobilin qəzaya düşməsi, ciddi təmir görməsi və ya yürüş göstəricisinin saxtalaşdırılması alıcıya yalnız sonradan məlum olur. Mütəxəssislər bildirirlər ki, bu cür halların qarşısını almaq üçün avtomobillərin rəqəmsal pasportlaşdırılması sistemi tətbiq edilməlidir. Artıq bununla bağlı aidiyyəti qurumlara təkliflər də göndərilib. Ekspert Fərid Kazımov "Xəzər Xəbər"ə bildirib ki, belə bir mexanizm həm alıcıların daha düzgün seçim etməsinə, həm də avtomobil bazarında şəffaflığın artmasına xidmət edə bilər. Onun sözlərinə görə, bu sistemin yaradılması ilə daxili bazarda canlanma da yarana bilər. Bura dövlət qurumları ilə yanaşı, avtoservis və sığorta şirkətlərini də cəlb etmək lazımdır. Qeyd edək ki, bu sistem dünyanın bir çox ölkəsində mövcuddur.