SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
İlham Əliyev Donald Trampa: Siz həqiqətən də Sülh İnsanısınız

İlham Əliyev Donald Trampa: "Siz həqiqətən də Sülh İnsanısınız"

  • 16 iyul 2026, 21:12

"Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib".

Yurd.Media xəbər verir ki, bu Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün təşəkküründə qeyd olunub.

Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

“Cənab Prezident,

Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart” nəşrinə istinadən Sizi “Sülh İnsanı” kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.

Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.

Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.

Siz həqiqətən də Sülh İnsanısınız”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları