SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qubadlıda 36 milyon manatlıq yeni tikinti layihəsi

Qubadlıda 36 milyon manatlıq yeni tikinti layihəsi

  • 03 fevral 2026, 22:47
Qubadlı

İşğaldan azad olunmuş Qubadlı rayonunda yeni irihəcmli tikinti layihəsi başlayır.

Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, Qubadlıda yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işləri üçün 36,2 milyon manat vəsait ayrılıb.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu barədə açıq tender elan edib.

Müsabiqənin qalibi olacaq şirkətə yaşayış məhəlləsinin tikintisi üçün 36 milyon 225 min 492,39 manat ödəniş ediləcək.

Qeyd edək ki, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi martın 31-nə təyin olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları