SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Qubada gənclərin liderlik akademiyası - FOTO

Qubada gənclərin liderlik akademiyası - FOTO

Quba

Quba Olimpiya İdman Kompleksində 17–21 sentyabrda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi keçirilib.

Yurd.Media xəbər verir ki, düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarə olunması” kimi mövzular üzrə təlimlərdə və “Gənclər üçün hüquqi savadlılıq - Liderliyin təməli" mövzusunda vəkillərin iştirakı ilə keçirilən panel müzakirədə iştirak ediblər. Proqramda həmçinin, “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, "Breyn Rinq" kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptlərdə əyləncələr təşkil olunub.

Qeyd edək ki, bağlanış mərasimində isə iştirakçılara sertifikatlar təqdim olunub.

Prime Leasing