SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Sərnişinlərlə Azərbaycana göndərilən dərmanlar ələ keçirildi

Sərnişinlərlə Azərbaycana göndərilən dərmanlar ələ keçirildi

  • 19 avqust 2026, 20:01

Xarici ölkələrin hava limanlarından sərnişinlər vasitəsilə Azərbaycana göndərilən bağlamalardan birində gömrük nəzarətindən kənar keçirilən dərmanlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Yurd.Media-ya bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən ümumilikdə, 10 adda 93 qutu dərman vasitəsi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları