SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bir ildə 8,8 milyon manatlıq tender udan şirkət bağlandı

Bir ildə 8,8 milyon manatlıq tender udan şirkət bağlandı

  • 18 avqust 2026, 19:53

Bir ildə 8,8 milyon manatlıq tender udan şirkət bağlandı.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, dövlət satınalmalarında milyonluq tenderlərin qalibi olmuş məşhur “Tikinti Təchizat Bərpa” QSC ləğv olunduğunu elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini bildirə bilərlər.

Xatırladaq ki, “Tikinti Təchizat Bərpa” QSC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rauf Əliyevdir. 

Açıq məlumatlarda şirkətin 2020-ci ildən dövlət satınalmalarında iştiraka başladığı göstərilir. Cəmi bir il ərzində Mədəniyyət Nazirliyinin və tabeli qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, Milli Arxiv İdarəsinin, Maliyyə Nazirliyinin və iki Mənzil Kommunal Təsərrüfat Birliyinin ümumilikdə 8,8 milyon manatdan çox tenderlərinin qalibi olub. 2021-ci ildən sonra dövlət satınalmalarında bu şirkətin adına rast gəlinməyib.

“Tikinti Təchizat Bərpa” QSC təmir-tikinti, dəftərxana və təsərrüfat mallarının, yumşaq inventar, yataq ləvazimatları, pərdə və xüsusi geyimlərin və s. satınalma xidmətləri sahəsində fəaliyyət göstərib

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları