SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bakıda yoxlanılan ət mağazalarının yarıdan çoxunda qanunsuzluq aşkarlanıb - FOTO

Bakıda yoxlanılan ət mağazalarının yarıdan çoxunda qanunsuzluq aşkarlanıb - FOTO

  • 19 avqust 2026, 19:13

Bakıda yoxlama həyata keçirilən ət mağazalarının yarıdan çoxunda qanunsuz heyvan kəsimi aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, antisanitar şəraitdə, küçə və yol kənarlarında, eləcə də kəsim üçün nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bildirilib ki, cari il ərzində AQTA tərəfindən Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin əməkdaşları ilə birgə Bakı şəhərində keçirilən reydlər zamanı ümumilikdə 250 ət satışı mağazasında nəzarət tədbiri aparılıb. Yoxlamalar zamanı 174 mağazada sanitar-gigiyenik norma və qaydalara əməl olunmadığı, qanunsuz heyvan kəsiminin həyata keçirildiyi, eləcə də baytarlıq sənədləri olmayan ətlərin satışı müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı mağaza sahibləri barəsində inzibati protokollar tərtib edilib. Həmçinin 47 mağazada heyvan kəsimi üçün nəzərdə tutulmuş qanunsuz qurğular sökülüb.

Qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmək barədə icrası məcburi göstərişlər verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları