2025-ci ildə Azərbaycanda 6 140 məcburi olub ki, bunun da 76%-i auditdən keçib.
Bu barədə Yurd.Media-ya Auditorlar Palatasından bildirilib.
Məlumata görə, məcburi audit subyektlərinin 4 889-u MMC, 685-i bələdiyyə, 353-ü SC, 147-si publik hüquqi şəxs, 26-sı siyasi partiya, 22-si bank, 18-i isə sığorta təşkilatı olub.
Ötən il MMC-lərin 74,6%-i, bələdiyyələrin 76,3%-i, SC-lərin 94,6%-i, siyasi partiyaların 80,8%-i, bankların və sığorta təşkilatlarının isə hamısı hamısı auditdən keçib.