Azərbaycan hökuməti bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin təsdiq etdiyi proqnozdan 756 milyon manat və yaxud 2% artıq – 39 365 milyon manat təşkil edəcəyini gözləyir.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.
Sənədə əsasən, neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və yaxud 4%, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat və yaxud 0,5% artıq icra gözlənilir.