SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qoyunbinəsi kəndində maraqlı toy: Tailandlı gəlin onlayn qoşuldu - VİDEO

Qoyunbinəsi kəndində maraqlı toy: Tailandlı gəlin onlayn qoşuldu - VİDEO

  • 28 yanvar 2026, 19:39
Yevlax

Yevlax rayonunun Qoyunbinəsi kəndində toy mərasimi təşkil olunub, Tailanddan olan gəlin isə onlayn qoşulub.

Yurd.Media "Bizim.Media"ya istinadən xəbər verir ki, gəlin toy məclisini canlı bağlantı vasitəsilə izləyib, qonaqlarla məsafədən də olsa ünsiyyət qurub.

Bəyin atası Şirin Şirinov məsələ ilə bağlı açıqlamasında bildirib ki, təxminən 5-6 ay əvvəl oğluna toy etməyi təklif edib:

"Dedim ki, gəl, sənin toyunu edim. Göstərdiyim qızlara baxırdı, deyirdi ki, yaşı uyğun deyil, balacadır. Dedim, gəl toyu edək, qızı sonra taparsan. Bir müddət sonra gəlib dedi ki, ata, sən haqlısan, gəl toyu edək, qızı sonra taparam. Bir həftənin içində hər şey həll olundu və toy etdik. Qız Tailanddandır. Dedim, Allah xoşbəxt eləsin. Mənim üçün insan insandır, hansı ölkədən olmasının fərqi yoxdur".

Bəyin anası Səfayət Şirinova isə bildirib ki, oğlu qızı artıq bir ildir tanıyır:

"Oğlum bir ildir Tailandda yaşayan həmin qızla danışırdı. Onun xətrinə ingilis dilini öyrəndi. Qız universitetdə təhsil aldığı üçün ona gəlməyə icazə vermədilər. Buna görə də toy burada oldu, oğlum isə sonradan yenidən onun yanına getdi. Gəlini telefon vasitəsilə görmüşəm, Azərbaycan dilində xeyli söz bilir. Bizə "ana", "ata" deyir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları