SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Qax kəndlərinin qaz problemi: yaydan qışa odun tədarükü

Qax kəndlərinin qaz problemi: yaydan qışa odun tədarükü

  • 06 avqust 2025, 15:05
Qax

Qax rayonunun bir sıra kəndlərində illərdir davam edən qaz problemi hələ də həll olunmayıb. 

Bu barədə Yurd.Media-ya danışan sakinlər bildiriblər ki, soyuq qış aylarında odunla, yay aylarında isə elektrik peçləri ilə dolanmağa məcbur qalırlar.

“Qışda yaşamaq daha da çətinləşir. Bir maşın odun 350 manatdır, o da bir aya güclə çatır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, amma heç bir nəticə yoxdur”, – deyə kənd sakinləri bildirib.

Qeyd edək ki, Qax rayonunda ümumilikdə 59 kənd var. Onlardan yalnız 18-i qazlaşdırılıb, təxminən 40 kənd isə bu imkandan hələ də kənarda qalır.

Qaz təminatı olmayan kəndlər sırasında İbaxlı, Qum və Əmbərçay kimi əhalinin sıx yaşadığı yaşayış məntəqələri də yer alır.

Prime Leasing
SPE Annual Caspian