SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Prezident sakinlərlə görüşdə: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq

Prezident sakinlərlə görüşdə: "Ağdərənin gələcək inkişafı çox parlaq olacaq"

  • 13 yanvar 2026, 21:29

Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq.

Yurd.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə söyləyib.

Buranın çox gözəl sənaye və turizm mərkəzi olacağını vurğulayan Prezident qeyd edib: “Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq”.

Prezident vurğulayıb ki, haqq-ədalət Zəfər çaldı, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi:

“Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları