SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda icra başçısı dairə üzrə nümayəndələri dəyişdi

Bakıda icra başçısı dairə üzrə nümayəndələri dəyişdi

  • 23 yanvar 2026, 18:27
Bakı

Bakının mərkəzi rayonunda dairə üzrə nümayəndələr dəyişilib. Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakının Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalov bəzi nümayəndəlikləri üzrə kadr dəyişiklikləri həyata keçirilib. Belə ki, müvafiq əmrlə RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov vəzifəsindən azad olunub. O, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi (mühəndis) vəzifəsinə təyin edilib. Digər əmrlə RİH başçısının Bibiheybət qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yusif Məmmədov vəzifəsindən azad olunub. O, RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyinat alıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları