2025-ci ildə Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 461,5 milyon manat dividend ödəyib.
Yurd.Media xəbər verir ki, bu barədə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirə edilib.
Maraqlıdır ki, qanun layihəsində həm də deyilir ki, ötən il büdcədən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi məqsədilə 461,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait şirkətin nizamnamə kapitalının artırılmasına yönəldilib. Başqa sözlə, SOCAR-ın ödədiyi dividend kapital kimi özünə qaytarılıb.