SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Baş redaktor: 5 il ərzində Manşet.az oxucuların inamını qazana bilib

Baş redaktor: "5 il ərzində Manşet.az oxucuların inamını qazana bilib"

Yarandığı gündən mətbuatda özünəməxsus dəst-xətti ilə seçilən "Manşet.az" xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür. Saytın yubileyi münasibətilə onun rəhbəri və baş redaktoru Əli Vəliyev Yurd.Media ilə söhbətində rəhbərlik etdiyi media platformasının yaranma tarixindən, mövcud çətinliklərindən və qarşıdakı hədəflərindən danışdı.

— "Manşet.az" 5 il əvvəl fəaliyyətə başlayanda Azərbaycan mediasında hansı boşluğu doldurmağı qarşısına məqsəd qoymuşdu? Ötən beş ildə bu məqsədə nə dərəcədə nail olmusunuz?

— Manşet.az 5 il bundan əvvəl fəaliyyətə başlayanda mən və Famil Fərhadoğlu tərəfindən yəni, iki həmtəsisçi tərəfindən təsis ediləndə qarşısına qoyduğu ən mühüm məqsəd dəqiq, qərəzsiz və vicdanlı xəbər çatdırmaq idi. Son dövrlərdə bunların arasına doğru xəbər çatdırmağı da əlavə edə bilərik. Çünki sosial şəbəkələrin bu gün böyük vüsət aldığı bu zamanda doğru xəbər çatdırmaq çox önəmlidir. Bizim əsas məqsədlərimizdən biri aldığımız informasiyanın bir deyil, bir neçə mənbədən, azı üç mənbədən dəqiqləşdirilməsi prinsipi olub. Yəni, baş redaktor kimi mənim rəhbərliyimlə Manşet.az-da çalışan bütün işçilər və bizim özümüzün özəl xəbərlər, özəl açıqlamalar, müsahibələrimiz var. Ölkədə bilirsiniz ki, çox böyük səs-küylü açıqlamalar, müsahibələr, özəl xəbərlər yayımlayıb. Amma Manşet.az bu 5 il ərzində, heç vaxt yanlış məlumat yaymayıb. Bizim əsas məqsədlərimizdən biri tamaşaçıda böyük inam yaratmaq idi.

Hesab edirəm ki, bu 5 il ərzində Manşet.az saytı oxucuların inamını, rəğbətini qazana bilib. Bu baxımdan ki, biz yalnız və yalnız doğru xəbərləri çatdırmışıq. Verdiyimiz səs-küylü təyinatlar, aldığımız açıqlamalar, müsahibələr, xarici ölkə rəhbərlərindən aldığımız müsahibələr, açıqlamalar hər zaman düzgünlüyə və qərəzsizliyə xidmət edib. Bizim qarşıya qoyduğumuz məqsədimiz bu 5 il ərzində yalnız və yalnız doğru xəbər çatdırmaq idi. Hesab edirəm ki, bu məqsədimizə nail olmuşuq. Qarşıdakı onilliklərdə də məqsədimiz yalnız doğru, qərəzsiz və vicdanlı xəbər çatdırmaqdır. Jurnalistikanın bu üç prinsiplərinə riayət edən və bugünkü sosial şəbəkələrin geniş vüsət aldığı bir dövrdə onunla ayaqlaşmağa çalışan insanlar onilliklərlə, belə deyək, bu bazarda, media seqmentində hər zaman təmsil olunacaq və var olacaq.

— Medianın sürətlə transformasiya olunduğu, sosial şəbəkələrin və trendlərin dəyişdiyi bir dövrdə "Manşet.az" qarşısına hansı hədəfləri qoyur?

— Mən qətiyyətlə deyə bilərəm ki, bu gün Manşet.az-ın baş redaktoru kimi mən sosial şəbəkələrdə kifayət qədər aktivəm. TikTok sosial şəbəkəsi nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda ən güclü platformalardan biridir. Son dövrlər Manşet.az-ın həm Instagram, həm TikTok hesabları və Facebook səhifələri kifayət qədər aktivdir. Biz transformasiya olunan bu dövrə və sosial şəbəkələr dövrünə kifayət qədər uyğunlaşa bilmişik. Əlbəttə, trendlərin dəyişdiyi bir dövrdə də biz kifayət qədər buna uyğunlaşmışıq. Əgər uyğunlaşa bilməsək, biz bugünkü media seqmentində mövcud ola bilməzdik. Bu gün bizimlə qurumlar hesablaşa bilməzdi. Çünki sən nə qədər güclüsənsə, bir o qədər də səninlə hesablaşmağa məcburdurlar. Ona görə bu gün qurumların bizim verdiyimiz sorğulara vaxtında və dəqiq cavab verməsi yüksək dövlət və hökumət nümayəndələrinin, nazirlərin, prezident köməkçilərinin, nazirlər, generallar, icra başçıları, xarici dövlət rəhbərlərindən aldığımız açıqlamalar bunu sübut edir. Qarşıdakı onilliklərdə də bizim hədəfimiz dəyişməz olaraq qalır. Bu istiqamətdə irəliləyəcəyik əlbəttə. Çox böyük fəxarətlə bunu deyə bilərəm ki, bu gün Azərbaycanda sosial və siyasi jurnalistika anlayışını sayt, qəzet seqmentindən çıxararaq sosial şəbəkələrə transformasiya eləyə bilən azsaylı jurnalistlərdən biriyəm. Bu baxımdan hesab eləyirəm ki, əlbəttə bu da Manşet.az xəbər portalının uğurudur. Manşet.az xəbər portalında yayımlanan bütün özəl xəbərlər, açıqlamalar, müsahibələr və günlük, ən önəmli, ən reytinqli xəbərləri mən sosial şəbəkələr vasitəsilə bütün tamaşaçıya çatdıra bilirəm. Qətiyyətlə deyə bilərəm ki, bu gün xəbərin çatdırılma arealına baxsaq, ən güclülərdən biriyik. Bu baxımdan mən düşünürəm ki, həm sosial, həm siyasi jurnalistikanı bu gün sosial şəbəkələrə uğurla transformasiya eləyənlərdən biriyik və bunu da mənim sosial şəbəkə hesablarımda görə bilərsiniz.

— 5 il əvvəlki oxucu ilə bugünkü oxucunun xəbər prioriteti eyni deyil. "Manşet.az" bu illər ərzində oxucu maraqlarının dəyişməsini necə analiz etdi və özünü ona necə uyğunlaşdırdı?

— 5 il əvvəlki ilə bugünkü oxucu arasındakı fərq prioriteti ondan ibarətdir ki, 5 il əvvəl, bəlkə də ondan bir qədər əvvəl oxucular bilavasitə ana səhifəyə daxil olurdular, saytın özünə daxil olub məlumat alırdılarsa, bu gün sosial şəbəkələr vasitəsilə müxtəlif qruplar, səhifələr, platformalar vasitəsilə və ya axtarış vasitələri ilə bunlar bu xəbərlərdən alırlar. Manşet.az xəbər portalı bu gün sosial şəbəkələrə çox uğurla transformasiya ola bilib. Biz əvvəlcə, ümumiyyətlə yarandığı gündən bu günə qədər müəyyən elədik ki, Manşet.az-dan millətin, xalqın gözlədiyi hansı xəbərlərdir, hansı tipli xəbərlərdir. Bu baxımdan biz insanların, əhalinin, oxucularımızın istədiyi xəbərləri hazırladıq. Daha çox yüksək postlara təyinatlar, daha çox əhalinin maraqlarına uyğun olaraq tənqidi nöqteyi-nəzərdən yanaşmışıq. Manşet.az xəbər portalı Azərbaycanda bir çox nazirlikləri çox kəskin şəklində tənqid edən portallardan biri olub. Hətta bəzi məsələlər olub ki, onları bilavasitə qaldırıb. Mən təhsildə olan problemlərlə bağlı və eyni zamanda kənd təsərrüfatında olan problemlərlə bağlı məsələlər barədə danışa bilərəm ki, məsələn, tütün xəstəliyini Azərbaycanda ilk dəfə Manşet.az xəbər portalı qaldırıb və hökumət bununla bağlı çox yüksək tədbirlər həyata keçirib. Bu yaxınlarda Cənab Prezidentin də müşavirədən məhz Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı söylədiyi fikirlər onu göstərdi ki, Manşet.az xəbər portalının məhz bu nazirlik haqqında verdiyi tənqidlər qərəzli xarakter daşımayıb. Bu baxımdan əhalinin maraqlarına xidmət edən xəbərlər hazırlamışıq.

Əlavə olaraq qeyd eləyim ki, məhz həmin hazırladığımız xəbərləri də operativ formada saytımızda yerləşdirməklə bərabər, eyni zamanda sosial şəbəkələrimiz vasitəsilə biz oxucularımıza çatdırmışıq. Sosial şəbəkələrimizin aktivliyini artırmışıq. Bununla bağlı olaraq bilavasitə işləyən əməkdaşlarımız var və mənim özüm də TikTok sosial şəbəkəsi vasitəsilə bəzən milyonlara qədər çatan xəbərləri səsləndirirəm. Ümumiyyətlə, günlük ölkə gündəmini əhatə edən bütün xəbərləri tez və operativ formada oxucularımıza çatdırırıq. Bu da əlbəttə oxucu rəğbətini qazanır. Çünki bu gün xəbərdə də ilk çatdıran oxucu rəğbətini qazanır. Çünki oxucu tez və sürətli şəkildə bugünkü günə uyğun xəbərləri almaq istəyir. Bu baxımdan biz sosial şəbəkə hesablarımızı da gücləndirmişik və deyə bilərik ki, maraqların dəyişməsindən danışırıqsa əgər, bu baxımdan biz oxucu kütləsini analiz etdik və bütün xəbər siyasətimizi Manşet.az xəbər portalının bütün xəbər siyasətini buna uyğun formalaşdırdıq.

Yurd.Media saytının bütün kollektivi adından "Manşet.az" da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları