SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Azercell” abunəçilərin illərlə istifadə etdiyi tarifləri ləğv edir

“Azercell” abunəçilərin illərlə istifadə etdiyi tarifləri ləğv edir

  • 10 iyun 2026, 09:41

“Azercell” istifadəçilərinin illərlə istifadə etdiyi bir sıra tarifləri ləğv edir.

Yurd.Media xəbər verir ki, “Azercell Telekom” MMC yaydığı məlumata görə, fakturalı xətt sisteminə aid nömrələrin abunəçiləri üçün nəzərdə tutulmuş “Yeni Hər Yerə”, “SuperSən 3GB”, “SuperSən 6GB”, “SuperSən 10GB”, “SuperSən 20GB”, “SuperSən 30GB”, “Premium 50GB”, “Premium 75GB”, “Premium 100GB”, “DövlətCell” tariflərinə yeni qoşulmalar dayandırılacaq. 

Bundan başqa, 01 iyul 2026-cı il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Qaynar Xəbər”, “iLike” və “Ordan-Burdan” xidmətləri (müvafiq olaraq “9622”, “9623” və “9624” qısa nömrələri üzərindən təqdim edilən) ləğv ediləcək.

Qeyd edək ki, son dövrlər “Azercell” abunəçiləri kütləvi şəkildə endirimli təkliflər adı altında köhnə və münasib tariflərdən çıxarıldıqlarını, daha sonra isə əvvəlki paketlərə qayıtmaq imkanının məhdudlaşdırıldığını bildirirlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları