SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Azercellin “güzəştli tarif” tələsi kütləvi narazılıqlara səbəb olur

"Azercell"in “güzəştli tarif” tələsi kütləvi narazılıqlara səbəb olur

  • 01 iyun 2026, 18:57

“Azercell” mobil operatorunun son dövrlərdəki tarif dəyişiklikləri müştərilərin kütləvi narazılığına səbəb olub.

Yurd.Media xəbər verir ki, əsasən sosial şəbəkələr üzərindən yayılan şikayətlərdə müştərilər endirimli təkliflər adı altında köhnə və münasib tariflərdən çıxarıldıqlarını, daha sonra isə əvvəlki paketlərə qayıtmaq imkanının məhdudlaşdırıldığını bildirirlər.

Şikayətçilərdən biri qeyd edir ki, uzun müddət “Sadə 6” tarifindən istifadə edib. Bildirir ki, aylıq 6 manat qarşılığında 600 dəqiqə təqdim olunan bu tarif düyməli telefon üçün tam uyğun olub. Onun sözlərinə görə, bir müddət əvvəl SMS vasitəsilə 50% endirimli yeni tarif təklif edilib, lakin endirimin yalnız 1 ay müddətinə aid olduğu və daha sonra əvvəlki tarifə qayıdışın mümkün olmayacağı barədə məlumat verilməyib. Nəticədə endirim müddəti bitdikdən sonra abunəçi daha baha tariflərə keçməyə məcbur qalıb.

Digər müştəri isə iddia edir ki, köhnə tariflərdən çıxarmaq üçün “güzəştli” mesajlardan istifadə olunur, lakin tarif qiymətlərinin artırılması barədə əvvəlcədən xəbərdarlıq edilmir. Onun sözlərinə görə, istifadə etdiyi “Supersən” tarifinin qiyməti 10 manatdan 12 manata qaldırılıb və əvvəlki seçimə geri dönüş imkanı təqdim olunmur.

Başqa bir şikayətdə isə bölgə tarifində olan nömrənin vaxtında balans artırılmadığı üçün bağlandığı, yenidən aktivləşdirilərkən isə avtomatik olaraq 12 manatlıq daha bahalı tarifə keçirildiyi bildirilir.

Abunəçilər hesab edirlər ki, tarif siyasətində edilən bu dəyişikliklər xüsusilə yaşlılar, bölgə sakinləri və yalnız zəng ehtiyacı olan vətəndaşlar üçün əlavə maliyyə yükü yaradır. Onlar mobil operatoru daha şəffaf məlumatlandırma aparmağa və sosial həssas qruplar üçün uyğun tariflərin saxlanılmasına çağırırlar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları