SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qarabağda qalan sonuncu ermənilər də ölkəsinə qayıtdı

Qarabağda qalan sonuncu ermənilər də ölkəsinə qayıtdı

  • 23 yanvar 2026, 17:12
Xankəndi

19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən yerli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində nəzarəti tam bərpa etdikdən və ərazi bütövlüyünü təmin etdikdən bəri orada qalan sonuncu erməni sakinlər də öz ölkəsinə qayıtdı.

Yurd.Media xəbər verir ki, Azərbaycan Qarabağda qalan 10 erməni və bir rusu (Ermənistan vətəndaşı) Ermənistana təhvil verib.

Bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib.

Nazirin sözlərinə görə, bu şəxslər hər iki ölkənin səlahiyyətli orqanlarına Ermənistana təhvil verilmələri xahişi ilə müraciət ediblər. Bu müraciətlər əsasında adıçəkilən şəxslər Ermənistana təhvil veriliblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları