SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Motosiklet qəzaları 12 nəfərin həyatına son qoydu

Motosiklet qəzaları 12 nəfərin həyatına son qoydu

  • 23 yanvar 2026, 09:36

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəli manevrlərdən çəkinməyə və yol şəraitini düzgün qiymətləndirməyə çağırış edib.

BDYPİ-dən Yurd.Media-ya bildirilib ki, ötən il ərzində respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Statistik göstəricilər bu kateqoriyaya aid nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələrlə müşayiət olunduğunu açıq şəkildə göstərir.

Aparılan araşdırmalar göstərir ki, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydalarına etinasız yanaşması, sürət həddinin aşılması, təhlükəli manevrlər, digər nəqliyyat vasitələri ilə məsafənin düzgün saxlanılmaması, eləcə də yol şəraitinin və nəqliyyat axınının düzgün qiymətləndirilməməsi bu tip yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasındadır. Fiziki qoruyucu konstruksiyalara malik olmayan bu nəqliyyat vasitələrində hər bir yanlış qərar ağır xəsarət və ya ölümlə nəticələnə bilir.

Xüsusilə qeyd olunmalıdır ki, motosiklet və moped sürücüləri yol hərəkətinin ən həssas iştirakçıları olmaqla yanaşı, qaydalara əməl edilmədiyi hallarda yüksək risk yaradan kateqoriyaya daxildir. Onların yol hərəkətində digər iştirakçılarla eyni məsuliyyəti bölüşməsi ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Statistik təhlillər göstərir ki, məsuliyyətsiz davranış təkcə motosiklet və moped sürücüləri üçün deyil, digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə mənbəyinə çevrilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları