SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İcra başçısı vəzifəni ləğv elədi, müavinini uzaqlaşdırdı

İcra başçısı vəzifəni ləğv elədi, müavinini uzaqlaşdırdı

  • 22 yanvar 2026, 21:37
Lənkəran

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov struktur dəyişikliyi edib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, başçının müavini Aqil Dadaşov vəzifəsindən azad olunub.

Buna səbəb onun indiyədək icra etdiyi "Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri" vəzifəsinin ləğv olunmasıdır.

Aqil Dadaşovun vəzifəsinin ləğv edilməsinə baxmayaraq, icra başçısının digər əmrilə o, yeni yaradılan Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri postuna təyin edilib.

Qeyd edək ki, A.Dadaşov 2024-cü ildən başçının müavini vəzifəsində çalışırdı.

Aqil DadaşovAqil Dadaşov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları