SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

  • 25 avqust 2025, 18:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa minnətdarlığını ifadə edib.

Yurd.Media xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.

"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi tarixi fotoşəkillərə və üzərində yazdığı xoş sözlərə görə təşəkkür edirəm. Prezident Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, habelə Cənubi Qafqazda və dünyada sülh gündəliyinə verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndirir və buna görə ona bir daha dərin minnətdarlığımı bildirirəm", - paylaşımda deyilir.

Prime Leasing