SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Ordubadda qanunsuz tikililərlə mübarizə müzakirə olunub

Ordubadda qanunsuz tikililərlə mübarizə müzakirə olunub

Ordubad

Ordubad rayonunda “Şəhərsalma nəzarəti çərçivəsində qanunsuz tikililərlə mübarizə” mövzusunda tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr və sahibkarlıq subyektlərinin iştirak etdiyi tədbirdə qanunsuz tikinti halları, onların yaratdığı hüquqi, sosial və təhlükəsizlik riskləri müzakirə olunub, eyni zamanda çıxışlar edilib.

Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışlar zamanı şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları və qanunsuz tikililərin qarşısının alınması istiqamətində görülməsi zəruri hesab edilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Həmçinin, bu sahədə aparılan işlərdə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyi, gələcəkdə baş verə biləcək nöqsanların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin, o cümlədən nəzarət mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda iştirakçıların ünvanladıqları suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları