SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Neftçalada araşdırma: 1000 hektar əkilməyən torpağa subsidiya ayrılıb

Neftçalada araşdırma: 1000 hektar əkilməyən torpağa subsidiya ayrılıb

  • 01 aprel 2026, 23:24
Neftçala

Neftçalada araşdırma 1000 hektar torpaq düzgün istifadə olunmayıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Neftçalada 1 160 hektar pay torpağından yalnız 160 hektar ərazinin təyinatı üzrə istifadə edildiyi məlum olub.

Rayon sakinlərinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli barəsində şikayətlərindən sonra Kənd Təsərrüfatı Nazirliyi (KTN) araşdırma aparıb.

Araşdırmalar nəticəsində aydın olub ki, pay torpaqları əkilmir. Əvəzində əkilməyən torpaqlara subsidiyalar verilib.

Bundan başqa, örüş üçün nəzərdə tutulan torpaqlar KTN-ə əkin torpaqları kimi təqdim edilib.

Sakinlərin bildirdiklərinə görə, araşdırmalar nəticəsində ortaya kifayət qədər ciddi qanun pozuntularının çıxmasına baxmayaraq, KTN ona yalnız töhmət verməklə kifayətlənib.

Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş HəsənliNeftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Nuruş Həsənli

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları