"Azerbaijan Rigs" MMC nizamnamə kapitalını 70 milyon manat və yaxud 7,4% azaldaraq 950 milyon manatdan 880 milyon manata endirdiyini elan edib.
Yurd.Media xəbər verir ki, şirkət bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.
"Azerbaijan Rigs" 2013-cü ildə yaradılıb. Şirkətin təsisçiləri 90% payla Dövlət Neft Fondu (ARDNF) və 10% payla Dövlət Neft Şirkətidir (SOCAR).