SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Qeyri-sabit hava Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq
Nazirlər Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə etdilər - YENİLƏNİB

Nazirlər Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə etdilər - YENİLƏNİB

  • 24 may 2025, 21:51

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Yurd.Media xəbər verir ki, məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*** 21:51

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Yurd.Media xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər.

Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə danışıblar. Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.