Naxçıvan Şəhər, Ordubad Rayon və Culfa Rayon icra hakimiyyətlərinə yeni başçılar təyin olunub.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb.
Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, A.Babayev bundan əvvəl Naxçıvan MR Nazirlər Kabineti Aparatının İnzibati işlər və protokol şöbəsinin müdiri vəzifəsini icra edib.
Həmçinin Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Nurlan Rauf oğlu Hacıyev təyinat alıb.
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, N.Cahidzadə bundan əvvəl, 2024-cü il fevralın 21-dən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.