SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Sumqayıtda evlər bahalaşdı – VİDEO

Sumqayıtda evlər bahalaşdı – VİDEO

  • 20 sentyabr 2026, 19:02

Sumqayıtda köhnə tikililərdə mənzillərin qiyməti son iki ayda bir neçə min manat artıb və bəzi mənzillər hazırda 60-65 min manata təklif olunur.

Yurd.Media xəbər verir ki, Sumqayıt şəhərində mənzil bazarında son iki ayda nəzərəçarpacaq dəyişiklik baş verib.

Belə ki, iki ay əvvəl 55-58 min manata təklif edilən mənzillərin qiyməti 60-65 min manatadək yüksəlib.

Bu tip qiymət artımının, əsasən, köhnə tikililərdə müşahidə olunduğu bildirilir.

Mütəxəssislər AzTV-yə bildirirlər ki, mənzil bazarında qiymətlərin formalaşmasına tələb və təklif, eləcə də bazardakı iqtisadi vəziyyət kimi amillər təsir göstərir.

Həmçinin vurğulanır ki, köhnə tikililərin infrastruktur baxımından məktəb və bağçalara daha yaxın yerləşməsi onların qiymətinə təsir edən amillərdəndir.

Sumqayıtda evlər bahalaşdı – VİDEO
Skat.az - Ev və Avtomobil elanları