SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Azercellin işində problem yaranacaq

“Azercell"in işində problem yaranacaq

  • 21 sentyabr 2026, 09:36

Bu gecə “Azercell" abunəçiləri bəzi xidmətlərin istifadəsində problem yaşayacaq.

Şirkətdən Yurd.Media-ya bildirilib ki, “Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 22 sentyabrda gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

"Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə imkanı təmin ediləcəkdir", - məlumatda deyilir.

Skat.az - Ev və Avtomobil elanları