Azərbaycanda müəyyən avtomobillərin satışından 7 il ƏDV tutulmayacaq.
"Operativ Media"ya istinadən xəbər verir ki, gələn ildən Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına tətbiq edilən ƏDV güzəşti ilə bağlı yeni müddəa qüvvəyə minəcək.
Növbəti ildən Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ilə bağlı güzəşt təkmilləşdiriləcək.
Belə ki, 2027-ci il yanvarın 1-dən etibarən tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi, eyni zamanda boya və qaynaq mərhələləri üzrə texnoloji əməliyyatların yerinə yetirilməsi şərtilə Azərbaycan ərazisində istehsal olunan minik avtomobillərinin satışından 7 il müddətinə ƏDV tutulmayacaq.
Yeni qayda 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı ƏDV-dən azaddır. Mövcud müddəaya əsasən, bu güzəşt 2023-cü il mayın 1-dən etibarən 10 il müddətinə tətbiq edilir.