"Merkuri" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 0,4 milyon manat xalis mənfəət əldə edib.
Bu il iyulun əvvəlinə "Merkuri"nin aktivləri ilin əvvəlinə nisbətən 17% çox – 11,7 milyon manat, o cümlədən kredit portfeli 19,1% çox – 10,6 milyon manat təşkil edib. BOKT-un öhdəlikləri 9,4 milyon manat (9,3% çox), balans kapitalı isə 2,3 milyon manat (64,3% çox), o cümlədən nizamnamə kapitalı 1,3 milyon manat (dəyişməyib) olub.