SÜJET
Bu il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında 5 999 aktiv təsərrüfat subyekti (obyekt) olub.
Yurd.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən, bu, ötən il avqustun 1-i ilə müqayisədə 10,6% çoxdur.
Bununla belə, muxtar respublikada aktiv obyektlərin sayı iyulda 0,85% azalıb. Dövlət Vergi Xidməti iyulun 1-nə belə obyektlərinin sayının 6 050 olduğunu bəyan etmişdi.