SÜJET

Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik
Bakının mərkəzində meşə salınacaq

Bakının mərkəzində meşə salınacaq

  • 07 avqust 2025, 16:48
Bakı

Bakıda Mərkəzi parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq

Yurd.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu jurnalistlərə deyib.

"Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq", - o bildirib.

Onun sözlərinə görə, metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq:

"İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Eyni zamanda ətrafda yerləşən tarixi binaların qorunması da xüsusi diqqətdədir".

Prime Leasing