SÜJET
Hazırda onlayn alış-veriş ənənəvini xeyli üstələyib. Mebel mağazaları da sosial şəbəkə üzərindən sifarişləri qəbul edib, ilk ödəniş alırlar. "Zara Mobilya" mebel şirkətindən bu yolla divan sifariş edən şəxs isə problemlə üzləşib.
Yurd.Media xəbər verir ki, “Facebook” sosial şəbəkəsində Vüsalə Əliyeva adlı bir istifadəçi "Zara Mobilya" mebel şirkətindən divan sifariş etdiyini, 900 manat da ilk ödəniş etdiyini bildirib. Şikayətçi 3 aydır ki, məhsulun gəlmədiyini, şirkət tərəfindən zənglərinə cavab verilmədiyini bildirir.
Qeyd edək ki, mebel mağazasında yazılan nömrəylə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Həmin paylaşımdakı fotoları təqdim edirik: