Yağıntılar və çaylardan daxil olan axın nəticəsində Mingəçevir su anbarında suyun səviyyəsi son sutka ərzində daha 10 santimetr yüksəlib.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, bu yağışlı həftə ərzində qeydə alınan gündəlik ən böyük artımdır.
Bu artım nəticəsində su anbarında suyun səviyyəsi 79 metr 31 santimetr həddinə çatıb.
Bölgənin su hövzəsinə daxil olan çaylarda isə əksinə yağıntıların azalması və dayanması səbəbindən axın azalaraq suyun səviyyəsinin enməsinə yol açıb.