Mingəçevir su anbarında itkin düşərək və köməksiz vəziyyətdə qalan 5 nəfər tapılıb.
Yurd.Media-nın məlumatına görə, 3 gün öncə itkin düşdüyü ehtimal olunan və köməksiz vəziyyətdə qalan Ağdaş rayon sakinləri olan 5 nəfər balıqçı Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupunun apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində tapılıblar.
Hazırda onların ərazidən xilas edilməsi tədbirləri aparılır.
Qeyd edək ki, onlar su anbarında balıq tutmaq istəyən zaman əlverişsiz hava şəraiti səbəbindən geri qayıda bilməyiblər.