SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Milli Observatoriya ilə Aqrar Tədqiqatlar Mərkəzi əməkdaşlığa başlayır - FOTO

Milli Observatoriya ilə Aqrar Tədqiqatlar Mərkəzi əməkdaşlığa başlayır - FOTO

  • 03 iyul 2025, 17:22

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Observatoriyanın İdarə Heyəti sədri Elnur Səfərli və Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov imzalayıblar.

Yurd.Media xəbər verir ki, Milli Observatoriyada keçirilən görüşdə E.Səfərli qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Observatoriya əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və dövlətin məşğulluq strategiyalarının dəstəklənməsinə xidmət edir.

İqtisadi fəal əhalinin məşğulluğunun cari vəziyyəti, strateji məşğulluq sahələri müəyyən edilməsi məqsədilə vakansiyalar bazası və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatlar təhlil edilir, habelə əmək bazarına təsir edən sosial-iqtisadi, texnoloji və institusional amillər araşdırılır.

R.Hüseynov da Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Mərkəz aqrar siyasətin elmi əsaslarla formalaşdırılması və analitik bazasının yaradılması istiqamətində fəaliyyət göstərir. 'Beyin mərkəzi' funksiyasını yerinə yetirən qurum, bu sahədə həm yerli, həm də beynəlxalq səviyyədə elmi və analitik əməkdaşlığa xüsusi önəm verir.

Sənədə əsasən, tərəflər aqrar sahədə əmək bazarının vəziyyəti, məşğulluq səviyyəsi, işçi qüvvəsinin strukturu və peşə tərkibi üzrə birgə tədqiqatlar aparacaq, kənd yerlərində işsizliyin və qeyri-formal məşğulluğun azaldılması ilə bağlı təkliflər hazırlayacaqlar. Əmək bazarına təsir edən iqlim dəyişikliyi, texnoloji yeniliklər və iqtisadi transformasiyaların sosial təsirləri də ortaq araşdırma mövzularına daxildir.

Aqrar əmək bazarına dair statistik məlumatların qarşılıqlı mübadiləsi, məlumat bazalarının inteqrasiyası və uyğunlaşdırılması, eləcə də kənd təsərrüfatında tələb olunan yeni peşə və bacarıqların müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq da nəzərdə tutulur.

Prime Leasing