Bu ilin I rübündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) yenidən qurulması və bərpası məqsədilə, dövlət büdcəsindən ayrılmış 3,5 milyard manatı vəsaitin 25%-i xərclənməli olsa da, faktiki göstərici 11% və yaxud 386,2 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib.