SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Elektrik avtobuslar rahatlıq əvəzinə sıxlıq gətirdi: Bilgəh istiqamətində ciddi çətinliklər

Elektrik avtobuslar rahatlıq əvəzinə sıxlıq gətirdi: Bilgəh istiqamətində ciddi çətinliklər

Bakı

Bakıda Koroğlu metro stansiyasından Bilgəh istiqamətində fəaliyyət göstərən 172 saylı marşrutda vəziyyət kritik həddə çatıb.

Yurd.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, avtobuslar bir neçə ay əvvəl yenilənib elektriklə işləyən nəqliyyat vasitələri ilə əvəz olunduqdan sonra qrafik faktiki olaraq məhv olub.

Sərnişinlər vurğulayır ki, günorta saatlarında dayanacaqlarda 20–30 dəqiqə gözləməyə məcbur qalırlar. Axşam pik saatlarda isə vəziyyət daha da ağırlaşır – avtobusa minmək demək olar ki, mümkün olmur.

Marşrutun Bilgəh–Maştağa–Zabrat–Sabunçu–Koroğlu xətti üzrə hərəkət etdiyini nəzərə alsaq, problem minlərlə insanı birbaşa təsir altına alır. Üstəlik, yeni gətirilən avtobusların əvvəlkilərlə müqayisədə daha kiçik tutumlu olması sıxlığı daha da artırır.

Sürücülərin sözlərinə görə, axşam reyslərindən əvvəl avtobuslar enerji doldurmaq üçün xətdən çıxarılır və nəticədə kifayət qədər avtobus qalmır. Bu isə intervalın daha da açılmasına səbəb olur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "141 Çağrı Mərkəzi"dən Yurd.Media-ya verilən cavab da bir qədər təəccüb doğurur. Bildirilir ki, 2030-cu ilə qədər Bakıda bütün avtobuslar elektriklə işləyən nəqliyyata keçəcək. Hazırkı çatışmazlıq isə dünya üzrə gedən müharibələr fonunda Çindən avtobus idxalında yaranan çətinliklərlə əlaqəlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları